Misirin İslam arxeologiyası üzrə professor Camal Əbdül Rəhim Əhli Beyt (ə.s) türbələrinin bərpasının vacib olduğunu hesab edir. O bunun dini turizmə təsir göstərəcəyini bildirib. Bu barədə dekabrın 22-si shiawaves xəbər verib.

Alim qeyd edib ki, Pakistan, Özbəkistan və Şərqi Asiya ölkələrindən Peyğəmbər (s) ailəsinin ziyarətgahlarına xeyli maraq göstərilir. Üstəlik Qahirədə XII əsrə aid əntiq əşyalar əcnəbilərin buraya axışına səbəb olur. Onlar, həmçinin Seyyidə Zeynəb (s.ə) məscidini ziyarət edirlər.

Bu ilin dekabrında Misirin prezidenti ölkədə olan Əhli Beyt (ə.s) hərəmlərinin təmir-bərpası ilə bağlı göstəriş verib. Məlumata görə, ziyarətgahların ətrafındakı küçələr və meydanlar genişləndiriləcək.