Müstəhəb namazlardan biri qəməri təqvimi ilə hər ayın ilk günü “ayın əvvəlinin namazı” adlanan iki rükətli namazdır. Bu namaz ayın ilk gününün istənilən vaxtında qılına bilər. Namazın qılınma qaydası isə belədir:
Birinci rükətdə bir dəfə Fatihə surəsi oxuduqdan sonra otuz dəfə İxlas surəsi oxunur. İkinci rükətdə isə Fatihədən sonra otuz dəfə Qədr surəsi oxumalıdır. Bundan əlavə, namazdan sonra imkan daxilində sədəqə verilməlidir. Həmçinin, namazdan sonra aşağıdakı ayələrin oxuması müstəhəbdir:
“Bismillahir-rəhmanir-rəhim. Və ma min dabbətin fil-ərzi illa ələllahi rizquha, və yələmu mustəqərrəha və mustəvdəəha, kullun fi kitabin mubin. Bismillahir-rəhmanir-rəhim. Və in yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa huvə, və in yuridkə bixayrin, fəla raddə lifəzlihi, yusibu bihi mən yəşau min ibadihi, və huvəl-ğafurur-rəhim.(6) Bismillahir-rəhmanir-rəhim. Səyəcəlullahu bədə usrin yusra. Maşaallahu la hovla və la quvvətə illah billahi. Həsbunəllahu və niməl-vəkilu. Və ufəvvizu əmri iləllah. İnnəllahə bəsirun bil-ibad. La ilahə illa əntə, subhanəkə inni kuntu minəz-zalimin. Rəbbi inni lima ənzəltə iləyyə min xayrin fəqir. Rəbbi la təzərni fərdən və əntə xayrul-varisin”.