Bəzi müsəlman ölkələrində azyaşlı qızlarla kəbin kəsilir. Lakin bir çoxları İslam şəriətində əqdin hökmləri barədə məlumatsızdır.

Məsələ ilə bağlı BBC-in müxbiri Nəval əl-Məqafi Ayətullah Seyyid Əli Sistaninin ofisinə sual ünvanlayıb. Alim cavab olaraq cinsi ləzzət almaq qəsdi ilə azyaşlılarla kəbin etməyi qınayıb. Seyyid Sistani bildirib ki, hətta bir kişinin himayəsində olan qızla məcbur evlənmək icazəli deyil. Şəriətə görə həmin azyaşlının həddi büluğa çatmasını gözləmək lazımdır. Lakin qız uşağı həddi büluğ yaşına çatıb evliliyə razı olmasa, onunla izdivac etmək yenə də iczəli deyil.

İslam şəriətində evlilik yalnız hər iki tərəfin həddi büluğa çatması ilə icazəli olur. Bundan əlavə, qız uşağının həm öz, həm də himayədarının razılığı olmalıdır.

İnsanın həddi büluğa nə zaman çatması barədə məlumat.