Beynəlxalq rəqəmsal ensiklopediya sayılan “wikipedia.org” saytı Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhra (s.ə) haqqında məqalə dərc edib. Səhifədə sonuncu redaktə 21 dekabr tarixi kimi qeyd olunub.
Məqalədə Xanım Zəhranın (s.ə) şəhadətinin səbəblərindən bəhs edilib. Məsələyə şiə və sünnilərin baxışları qeyd olunub.
Əhli-sünnə tərəfindən Xanımın (s.ə) atasının ölümündən sonra qəmdən vəfat etdiyi, onun övladının (Möhsün) isə təbii ölümlə öldüyü qeyd olunub. Şiələr isə Xanımın (s.ə) şəhadəti və onun bətnində olan uşağının ölümü, xəlifə Əbu Bəkrin əmri ilə evinə edilən basqın zamanı aldığı xəsərətlərinin nəticəsi olaraq görür. Məqalədə qeyd olunub ki, Xanım Zəhra (s.ə) öz dəfninə Əbu Bəkrin qatılmamasını vəsiət edib və bunu təstiq edən kifayət qədər sənədlər var. Şiə mənbələrində Fatimeyi-Zəhranın (s.ə) gizli şəkildə dəfn edilməsi onun Əbu Bəkrə qarşı qəzəbindən olduğu bildirilir. Tarixçilər bu iddiaları dəstəkləyən bir sıra erkən sünni mənbələri sadalayır. Onlar məxfi məlumatların sünni alimləri tərəfindən senzuraya məruz qaldığını göstərir.
Sünni mənbələrində Xanım Zəhranın (s.ə) məzarının Baqi qəbiristanlığı və ya Peyğəmbər məscidinə birləşən ev olduğu ehtimal edilir. Şiə mənbələri isə Xanımın (s.ə) dəfn yerinin öz evinin və ya Məhəmməd Peyğəmbərin (s) məqbərəsinin yaxınlığında olduğunu qeyd edir.