Pakistan İslam Respublikasında boşanma və miras bölmə hökmləri Cəfəri məzhəbi əsasında həyata keçirilir. Bu barədə dekabrın 21-i shiawaves xəbər verib.

Məlumata görə, ölkədə şiə ailələrinin boşanma prosesi Hənəfi məzhəbinə uyğun baş verib. Lakin pakistanlı alim Höccətul-İslam Seyyid İftixar Hüseynin sözlərinə görə, məhkəmə şiə qadınlarının boşanma və irs məsələsini şiə təriqəti əsasında keçirəcək.

Konstitusiyanın 4 və 7-ci bəndlərindəki dəyişiklik Pakistan Milli Assambleyası və Pakistan Senatı tərəfindən qəbul edilib. Yeni qanun layihəsinin təsdiqini ölkə rəhbəri də imzalayıb.

Pakistanda müsəlmanlar ölkə əhalisinin 96%-ni təşkil edirlər. Bu ölkə müsəlman sayına görə İndoneziyadan sonra dünyada ikinci yeri tutur. Məzhəb baxımından isə Pakistan əhalisinin 91%-i əhli-sünnə, 5%-i isə şiələrdir.