Məscid Nardaran qəsəbəsində yerləşir. İbadətgah 1363-1364-cü illərdə inşa edilib.
İbadət evi müxtəlif dövrlərdə inşa edilmiş bir neçə otaqdan ibarətdir. Binanın ən qədim hissəsi qəbir və məscid otağı olan hissədir. Məscid otağı düzbucaqlı formadadır. İbadətgahın mehrabı zalın cənub istiqamətində yerləşir.
Pirsəid məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- И.П. Щеблыкин. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку-1943.
- http://www.mct.gov.az