2075-ci ildə İslamın ən geniş yayılmış din olacağı gözlənilir. Bunu ABŞ-ın “Pew Center for Studies” araşdırmalar mərkəzi bildirib. Bu barədə dekabrın 21-i İQNA xəbər verib.
Tədqiqatlara görə, 2050-ci ilə qədər hazırkı dünya əhalisinin artım tempi olduğu kimi qalarsa, o zaman müsəlmanların sayı xristianların sayı ilə bərabər olacaq. Bildirilib ki, 2015-2060-cı illərdə müsəlmanlar dünya əhalisinin sayından iki dəfə çox sürətlə artacaq.
Bu artım bir müsəlman qadınına düşən uşaq sayı ilə əlaqələndirilib. Belə ki, bir müsəlman xanımına 2,9 uşaq, digər din qruplarına isə 2,2 uşaq düşür.
XX əsrin əvvəllərində dünyada xristianların sayı müsəlmanların sayından iki dəfə çox olub. Həmin dövrdə təqribən 560 milyon xristian, 200 milyon müsəlman yaşayıb. O zamanlar dünya əhalisinin 32%-ni xristianlar, 12%-ni isə müsəlmanlar təşkil edib.