Misirin prezidenti ölkədə olan Əhli Beyt (ə.s) hərəmlərinin təmir-bərpası ilə bağlı göstəriş verib. Bu haqda dekabrın 21-i İQNA xəbər yayıb.

Məlumata görə, ziyarətgahların ətrafındakı küçələr və meydanlar genişləndiriləcək. Buraya Xanım Zeynəbin (s.ə) hərəmi daxil olmaqla digər İmam (ə.s) övladlarının və seyyidlərin məzarları aid edilir.

Bəzi tərixçilərin fikrinə görə, Həzrət Zeynəb (s.ə) hicrətin 61-ci ilində Misirə gəlib və məhz burada vəfat edib. Hesab edilir ki, hicrətin 85-ci ilində isə Həzrət Zeynəbin (ə.s) məzarının üzərində məscid inşa edilib. Xanımın məzarı haqda ən mötəbər məlumat isə onun Suriyanın Dəməşk şəhərində yerləşməsidir.