Prezident İlham Əliyev dini məkanların hər kəs üçün müqəddəs olduğunu deyib. Bu barədə dekabrın 20-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Verilən xəbərə görə, İlham Əliyev bu sözləri Brüsseldə italiyanın “İl Sole 24 Ore” qazetinə müsahibəsində bildirib. O, həmçinin Şuşa məscidlərinin bərpası üçün italyan memarlarının dəvət edilməsini vurğulayıb.
“Bu, çox rəmzi məna daşıyan bir jestdir, çünki Şuşa bizim üçün müqəddəs yerdir. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir”, – deyə Prezident qeyd edib.
Dekabrın 20-si Milli Məclisin deputatı Fazil Mustafa müqəddəs yerlərin tarixi-dini yer adlandırmağı təklif edib. Deputat hesab edir ki, əgər bir şəxs hansısa ziyarətgahı müqəddəs hesab edirsə, bu həmin yerin müqədəsliyinə dəlalət etmir. O bunu heç bir məntiqə sığmayan məsələ adlandırıb.