Əhli Beyti (ə.s) təhqir edən imam cüməsi işdən azad edilib. Bu barədə shia-news xəbər verib.

Məlumata görə, İranın Azadşəhr şəhərinin imam cüməsi Qargic Ruminin çıxışı məzhəb düşmənçiliyi kimi qiymətləndirilib. Nəticədə o həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən tənqid olunub və vəzifəsindən azad edilib. Artıq Qargicin vəzifələrini Mövlavi Neymətullah Məşuf icra edəcək.

Budan öncə, Mövlana Qargic Ömər ibn Xəttabın xilafətinin qəbul edilməməsini Əhli Beyt İmamlarını (ə.s) şübhə altına qoymaq adlandırıb. Daha sonra o, dediklərinə görə üzr istəyib və imaməti qəbul etməyən sünninin əsl sünni olmadığını deyib.