Xanım Zəhranın (s.ə) şəhadət günü münasibətilə İmam Rza (ə.s) hərəmində əza məclisi keçirilib və xütbə deyilib. Zəvvarlar İmam Rzanın (ə.s) türbəsini ziyarət edib, başsağlığı veriblər. Bu barədə hərəmin mətbuat xidməti məlumat verib.
Moizənin bir hissəsi: “Peyğəmbərin (s) vəfatından sonra İmam Əlinin (ə.s) bir neçə səhabəsindən başqa bütün Mədinəlilər düşmənlər qarşısında susdular. Həzrət Zəhra (s.ə) öz dövrünün imamını şücaətlə müdafiə etdi və nəhayət bu yolda canını verdi”.