Seyyid Peymanın “12 İmam” klipinin yenidən çəkilməsi gözlənilir. Lakin bu dəfə çəkilişin məktəbdə deyil, başqa bir məkanda aparılması planlaşdırılır. Bu barədə məddah öz facebook hesabında məlumat verib.
“12 İmam klipini silmək üçün çəkdirməmişdik. Silinməsi səbəbləri məlumdur. İnşallah sizlərin də dəstəyi ilə bir müddət sonra başqa bir məkanda (məktəbdə icazəli deyil) çəkiliş edib youtube və digər səhifələrimizdə paylaşmağı nəzərdə tuturuq”, – Seyyid Peyman qeyd edib.
Dekabrın 5-i məddah Seyyid Peyman Boradigahi “12 İmam” adlı klip çəkdirib. Lakin həmin klipin məktəbdə azyaşlıların iştirakı ilə çəkilməsi bir sıra insanların qınağına səbəb olub. Tənqidlər üzündən sənətçi klipi silərək yenisini çəkmək qərarına gəlib.