Məscid Abşeron rayonunun Fatmayı kəndində yerləşir. İbadət evinin inşa tarixi 1805-1806-cı illərə aiddir.

İbadətgahın əsas zalı dörd tağdan ibarətdir və orada çilçıraq var. Məscidin iki giriş qapısı və iki pəncərəsi var. İbadət evinin mehrabının yuxarı hissəsində səkkizguşəli ulduz quraşdırılıb və onun kənarları müxtəlif ornamentlərlə işlənib. Mehrabın sağ tərəfində kiçik bir daş kitabə mövcuddur. Məscidin eyvanı var. İbadətgahın günbəzi sarı rəngdədəir.

Hacı Heybət məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://sumgait.mctgov.az
  3. http://www.mct.gov.az
  4. http://lib.az