Dekabrın 16-sı Kərbəlada, İmam Hüseynin (ə.s) hərəmində Beynəlxalq Mədəniyyət Tədbiri başlayıb. Bu barədə razavi.news xəbər verib.
Tədbirin ilk günü 30 rəssamın iştirakı ilə baş tutub. Sənətçilər öz xəttatlıq, rəsm və miniatür əsərlərini nümayiş etdiriblər. Tədbir dörd gün davam edəcək. Onlardan iki günü Kərbəlada, son iki günü isə Nəcəfdə keçiriləcək.
Bundan əlavə, rəssamlar İmam Əli (ə.s) və İmam Hüseyn (ə.s) hərəmlərində Xanım Zəhranın (ə.s) şəhadətinin ildönümünə aid əsərlər də təqdim edəcək.