Ümumdünya Əhlibeyt Assambleyasının rəhbəri Ayətullah Ramazani dünyada Əhli Beyt (ə.s) məktəbinin maraqlarının yayılmasından danışıb. Bu barədə dekabrın 16-sı ahl-ul-bayt.org xəbər verib.

Alimin sözlərinə görə, bugün Qərb ölkələrində düzgün mənəviyyat çatışmazlığı müşahidə edilir. Ayətullah Ramazani mindən çox saxta mənəviyyat yollarının olmasını bildirib və deyib: “Bu böhrandan çıxmaq üçün dini mənəviyyata üz tutmaq vacibdir. Əgər bundan kanar bir yol seçilsə, görülən işin heç bir faydası olmayacaq”.

Bundan əlavə, assambleya rəhbəri dini kitabların mütaliyəsinə də toxunub. O, bildirib ki, bir zamanlar İslam ölkələri dünyanın elm və agahlıq mərkəzi olub. Lakin müsəlmanların Əhli Beyt (ə.s) təlimlərindən istifadə edə bilməməsi onları üçüncü dünya ölkələri sırasına daxil edib. Bu səbəbdən mütaliəyə hər zaman ehtiyac duyulmalıdır.

Ayətullah Ramazani bildirib ki, İslami təbliğat üçün kiberməkandan istifadə edilməlidir. O, təbliğat üçün nəyinki minbərdən, mövcud olan bütün vasitələrdən istifadə edilməsinin zəruriliyini qeyd edib.

Hazırda Ümumdünya Əhlibeyt Assambleyası dünyada İmamət məktəbinin yayılması strategiyalarını tərtib edir. Layihəyə əsasən Hindistan, Asia və Latın Amerikası ölkələrinə yönəldilib.