Misirin 28-ci Beynəlxalq Quran Müsaqibəsinin qalibləri elan edilib. Bu barədə dekabrın 16-sı youm xəbər verib.
Birinci yeri Misirli Abdullah Əli Məhəmməd Məhəmməd, növbəti yerləri isə Sara Ayman Əhməd Musa (Misir), Eman Qamal Faruk Həsən (Misir) və Əbdül Həmid Abdulla Ömər (Liviya) tutublar.
Misirin 28-ci Beynəlxalq Quran Müsabiqəsi şənbə günü Qahirədə başlayıb və çərşənbə günü yekunlaşıb. Builki tədbirdə müxtəlif ölkələrdən 74 Quran hafizi və 12 hakim iştirak edib. Qaliblər ümumi 1,1 milyon Misir funtu məbləğində pul mükafatı alıblar.