Kanadanın hərbi təlim bazasında məscid maketindən istifadə edilir. Bu barədə dekabrın 16-sı shia-news xəbər verib.

Kanada Müsəlmanları Milli Şurası ölkə rəhbərliyindən həmin maketin sökülməsini istəyiblər. Məscidin terrorçuların deyil, müsəlmanların simvolu olduğu bildirilib. Bu səbəbdən belə bir maketin düzəldilməsi yolverilməz hesab edilir.