Hindistanın Haryana müsəlmanları əyalətin baş nazirinin açıq məkanlarda namaz qılmağı qadağan etməsinə etiraz ediblər. Bu barədə Anadolu Agentliyi xəbər verib.

“Namazı xoşumuza görə açıq şəkildə qılmırıq. Namazı açıq şəkildə qılmağa məcburuq. Administrasiya tərəfindən bu məqsədlə ayrılmış yerlərdə namaz qılmaq üçün şərait yaratmaq hökumətin məsuliyyətidir”, – deyə etirazçılar bildirib.

Məlumata görə, əyalətdə cəmi iki məscid var. İbadət üçün yer azlığından müsəlmanlar namazı açıq məkanlarda qılırlar. Baş nazir isə açıq məkanda namaz qılmağın təhlükəli olduğu üçün bunu qadağan edib və namazı evdə qılmağa çağırıb.

Etirazçılar bildirib ki, şəhərin administrasiyası müsəlmanlara hücüm edənlərin yerinə qanunlara tabe olan müsəlmanları cazalandırır.

Etirazlar artıq bir neçə həftədir ki davam edir.