Qarlı hava şəraitinə görə iraqlı zəvvarlar Məşhədə piyada hərəkət edirlər. Bu barədə dekabrın 14-dü shiawaves xəbər verib.

İraqın Nəsriyyə şəhərindən olan bir qrup zəvvar əvvəlcə İranın Qum, daha sonra isə Məşhəd hərəmilərini ziyarət etməyi planlaşdırırlar. Ziyarətçilərin iqlim şəraitinə meydan oxumaqları Əhli Beytə (ə.s) əsl sədaqətin bariz nümunəsi kimi qiymətləndirilib.