Dünən, gecə saatlarda Ayətullah Fazil Lənkəraninin həyat yoldaşı xanım Lacevardi vəfat edib. Bu barədə isna.ir xəbər verib.

Dəfn mərasimi 16 dekabr saat 10:00-da Xanım Məsumənin (s.ə) hərəmində keçiriləcək. Qadınlar mərasimi isə dekabrın 17-si saat 10:00-da baş tutacaq.

Ayətullah əl-üzma Fazil Lənkərani 1931-ci ildə İranın Qum şəhərində dünyaya gəlib. O, əslən Lənkəran talışlarından olub. Təhsilini Qum və Nəcəf şəhərlərində alıb, sonra isə Qumda qalaraq alimlik vəzifəsini yerinə yetirib. Fazil Lənkərani dövrünün ən ələm mərcei-təqlidi hesab edilib. Bugün də Azərbaycanda onun müqəllidləri mövcuddur. Mərhum alim 16 iyun 2007-ci ildə dünyasını dəyişib və Xanım Məsumənin (s.ə) hərəmində dəfn edilib.