Fransanın 99 məscidində yoxlama keçirilib və onlardan 21-i bağlanıb. Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin öz Twitter hesabında bildirib.

Məlumatda bağlanma səbəbi ekstremizm ilə mübarizə kimi qeyd olunub. Nazir əlavə edib ki, daha altı məscidin bağlanması planlaşdırılır.