Ayətullah Seyyid Əli Sistani 14 dekabr tarixində xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqlar ilə görüşüb. Bu barədə tv_karbala xəbər verib.
Ayətullah Sistani onlar və digər pasiyentlər üçün Allahdan şəfa diləyib.
Məlumata görə, uşaqların müalicəsi İmam Hüseyn (ə.s) hərəmi tərəfindən maliyyələşdirilir. Hərəmin inzibati heyəti fəqihlə görüşüb, ona uşaqlar haqda və fondun fəaliyyəti barədə məlumat verib. Ayətullah Sistani onlara müqəddəs hərəmin göstərdiyi xeyirxah təşəbbüsə görə təşəkkür edib.