2021-ci ildə Azərbaycandan Həccə zəvvar göndərilməsi gözlənilir. Bu barədə dekabrın 14-ü Report xəbər verib.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, ziyarətlə bağlı Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyindən QMİ-yə məktub daxil olmayıb. Lakin sənəd qəbuluna gələn ilin yanvar ayında başlanıla bilər.

COVID-19-a görə son iki ildə Azərbaycandan Həcc ziyarətinə yollanan olmayıb. Lakin bu il dekabrın 2-dən 9-na qədər azərbaycanlı zəvvar qrupu Ümrəyə (kiçik Həcc) göndərilib. Növbəti Ümrə ziyarəti 2022-ci ilin yanvarın 13-də planlaşdırılır. Sənəd qəbulu artıq başlayıb.