Dekabrın 13-dən etibarən Azərbaycanda yaşayış binalarında dini ayinlər keçirən müəssisələrə bəzi qadağalar tətbiq edilib. Bu barədə APA xəbər verib.

Belə ki, sözügedən obyektlərin yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsi qadağan edilib.

Layihəyə dini ayinlərin yerinə yetirilməsi üçün istifadə edilən obyektlərdən əlavə bir sıra müəssisə də daxildir. Yeni qanun Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları” əsasında qəbul edilib.