Məscid Sabirabad rayonunun Nərimankənd kəndinin ərazisində yerləşir. İbadət evinin bünövrəsi 1997-ci ildə qoyulub. İbadətgah yerli sakin Hacı İlyas Muxtar oğlu Muxtarov tərəfindən inşa olunub. Məscidin ustaları Ağababa Xanbala oğlu və Mustafa adlı şəxslərdir. İbadətgahın yerləşdiyi torpaq sahəsi yerli sakin Rəfi Vəliyev tərəfindən vəqf olunub.
İbadət evi səkkizguşəli formadadır və mişar daşından tikilib. Məscidin damı ağ dəmir təbəqə ilə örtülüb. İbadətgahın damında günbəz yerləşir və o dəmir sütun üzərində dayanır. Günbəzin diametri 5 metrdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.