Fransanın Müluz şəhərində müsəlman qəbiristanlığında onlarla məzar dağıdılıb. Bu barədə dekabrın 12-si leparisien.fr xəbər verib.

Məlumata görə, məzarlıqda əkilən güllər qoparılıb, başdaşları isə sındırılıb. Törədilən əməl İslam Dininin Regional Şurası tərəfindən “qorxaq və iyrənc” hərəkət kimi dəyərləndirilib.

Günahkarları məsuliyyətə cəlb etmək məqsədilə polislər axtarışa başlayıb. Şəhərin meri hadisə yerinə yollanıb və baş verənləri qınayıb. “Biz bu cür hərəkətin edilməsini qəbul edə bilmirik”, – deyə Müluz meri sözləyib.

Bundan öncə, oktyabr ayında Fransada bir məscid bağlanıb və daha yeddisinin bağlanması planlaşdırılır. Fransa prezidenti olmağı düşünən Erik Zemmur isə ölkədə müsəlman adlarına qadağa qoymağı düşünür.