Böyük Britaniyada “Hussain and the struggle for justice” (Hüseyn və adalət uğrunda mübarizə) adlı kitab nəşr olunub. Bu barədə dekabrın 12-si The İslamic Centre of England xəbər verib.

Kitab İmam Hüseynin (ə.s) həyatı və onun İslam uğrunda mübarizəsi haqqındadır. Ön sözdə qeyd olunub ki, hər il İmama saxlanılan matəm müsəlmanları öz dinlərini yaxşı tanımağa sövq edir.

Kitabın müəllifi Kris Hever xristian yazıçı və tədqiqatçıdır. O bu kitabı Böyük Britaniyada dinşünaslıq müəllimləri üçün mənbə kimi istifadə etməyə çağırır. Kitabın tirajı 2000 nüsxə təşkil edir.