Məscid Bərdə rayonunun Lənbəran kəndində yerləşir. Buraya, həmçinin Hacı Həmid məscidi deyirlər.
İbadət evi düzbücaqlı formaya malikdir və kərpicdən inşa edilib. İbadətgahın ön tərəfində bir giriş qapısı, arxa tərəfində üç plastik pəncərə var. Məscidin bir günbəzi və bir minarəsi mövcuddur. Günbəzin üzərində aypara rəmzi quraşdırılıb.