Kanadanın Kvebek əyalətinin Çelsi şəhərində məktəb müəlliməsi hicab geyindiyinə görə işdən çıxarılıb. Bu barədə dekabrın 11-i shafaqna xəbər verib.
Məktəb şurası xəbərin doğruluğunu təsdiqləyib. Bildirilib ki, qərar bəzi dövlət işçilərinə dini simvollardan istifadəni qadağan edən qanun əsasında qəbul edilib.
Təhsil ocağının şagird və onların valideynləri məktəb şurasının bu qərarını qınayıb və müəlliməyə dəstək olublar. Onlar məktəbin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Valideynlərin birinin sözlərinə görə, hadisə onlarda təəccüb doğurub.
2019-cu ilin iyununda Kanadada “Bill-21” adlı qanun layihəsi qəbul edilib. Bu qanuna əsasən, müəllimlər və səlahiyyətli vəzifələrdə olan digər dövlət işçiləri tərəfindən hicab, kipa və türban kimi dini simvolların taxılmasını qadağan edilir.