İndoneziyanın Kompas qazeti Xanım Zeynəb (s.ə) barədə məqalə dərc edib. Bu barədə dekabrın 11-i shiawaves xəbər verib.
Məqalədə Həzrəti Zeynəb (s.ə) VII əsrdən bugünədək ən məşhur döyüş liderlərindən biri kimi təqdim edilib. Buna səbəb isə, Xanımım Yezid (l.ə) və Əməvi hakimiyyətinin zülmü ilə mübarizəsi olub.
Qazet, həmçinin Həzrətin (s.ə) şəninə işarə edərək, onun atası və qardaşlarının İmam (ə.s), anasının Peyğəmbər qızı (s.ə) və babasının Allah Rəsulu (s) olmasını vurğulayıb.