Dekabrın 10-u İslam aləminin tanınmış fəqihi Ayətullah Nuri Həmədani COVID-19-a qarşı peyvəndin üçüncü dozasını qəbul edib. Bu barədə hawzahnews xəbər verib.

Ayətullah Həmədani səhiyyə işçilərinin gördüyü işi dəstəkləyib və onlara öz təşəkkürünü bildirib. Alimin sözlərinə görə, peyvənd olunmaq bugün ən mühüm məsələlərdən biridir. O, xəstəlik aradan gedənədək kütləvi aşılanmanın vacib olduğunu deyib.

“Hesab edirəm ki, hər kəs peyvənd edilməlidir. Xəstəliyə tutulan insan Allah qarşısında cavabdehlik daşıyır, baxmayaraq ki, peyvəndin faydalı təsirinin orqanizmdə nə qədər qalacağı bəlli deyil”, – deyə Ayətullah Həmədani qeyd edib.

Dekabrın 10-u, Həzrəti Zeynəbin (s.ə) mövludu günü Qum hövzəsinin bir çox alimi üçüncü doza ilə aşılanıb. Onların arasında  Cavad Amuli, Şubeyri Zəncani, Safi Gülpayigani və Muhəqqiq Damad kimi fəqihlər yer alıb.