Dekabrın 10-u dini ekstremizm barədə yeni qadağalar tərtib olunub. Bu barədə APA xəbər verib.
Verilən məlumata görə, yeniliklər “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakı məlumatların yayılması qadağan edilir:
– dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;
– dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;
– dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;
– dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.