Bugün, dekabrın 10-u ABŞ-ın Nyu-York şəhərində “Cənnət xanımı” adlı filmin təqdimatı olacaq. Film Xanım Fatiməyə (s.ə) həsr edilib. Bu barədə filmin saytında məlumat verilib.

Son bir ildə Amerikanın küçələrində və magistral yollarında təqdimatın reklam plakatları quraşdırılmışdır. Bugün isə film Manhettenin “AMC Empire 25” sərgi salonunda nümayiş etdiriləcək. Nümayişlərin gələn həftə Vaşinqtonda davam etdirilməsi planlaşdırılır.

Filmdə İslam tarixində Xanım Zəhraya (s.ə) edilən zülmlərin müasir dövrdə əksi olaraq İŞİD-in törətdiyi vəhşiliklər göstərilib. İlk öncə Əhli Beytin (ə.s) dinin yaranma tarixindəki fəaliyyəti, sonra isə dövrümüzdə baş verən zülmkarlıq əks edilib. Lakin filmdə müqəddəs şəxsiyyətlərin üzlərinin təsvir edilməsi qınanılıb.

Film Britaniyanın “Enlightened Kingdom” studiası tərəfindən çəkilib. 2020-ci ildə “Cənnət xanımı” filmi vizual effektlərinə görə Kann Beynəlxalq Festivalında Amerikanın Forbes Fondu tərəfindən mükafatlandırılıb.