Misirli sənətçi Saad Həşiş öz əlyazma Quranının Ginnesin rekordlar kitabına daxil edilməsinə çağırır. Bu barədə Elbyan xəbər verib.
Sənətçi qeyd edib ki, Quran 1100 metr uzunluğundadır və buna görə Ginnes kitabına düşə bilər. Saad Həşiş əlavə edib ki, əvvəllər o savadsız idi, sonradan oxumağı və yazmağı təkbaşına öyrənib. Bundan sonra o, dünyada ən uzun Quranı yazmaq qərarına gəlib. Nəticədə o öz məqsədini həyata keçirmək üçün 3 il vaxt sərf edib.
Rəssamın sözlərinə görə, onun əsərindən qabaq dünyanın ən uzun Quranı 700 metr təşkil edirdi.