Braziliya İslam ölkələrinə halal məhsulların ixracını artırmaq istəyir. Bu barədə ölkənin kənd təsərrüfatı nazirinin müavini bildirib.
“Braziliya dünyanın ən böyük qəhvə, mal əti və soya kimi qida məhsullarının ixracatçısıdır”, – deyə nazir müavini əlavə edib.
Məlumata görə, Braziliyadan ən çox məhsulları idxal edən ölkələrin sırasında Türkiyə, İran, İndoneziya, Səudiyyə Ərəbistanı və Banqladeşdir.
2020-ci ildə Braziliya buğda, qarğıdalı, şəkər, düyü, süd və süd məhsulları daxil olmaqla 190,5 milyard dollar dəyərində ərzaq məhsulları idxal edib.