Məscid Astara rayonunun Giləkəran kəndi ərazisində, H.Əliyev küçəsi 204-də yerləşir. İbadətgahın inşa tarixi XIX əsrə aid edilir.

İbadət evinin tutumu 150 nəfər təşkil edir. Məscid kərpicdən tikilib. İbadətgahın tavanı taxtadan, döşəməsi isə kərpicdəndir. İbadət evinin iki giriş qapısı və beş pəncərəsi var.

Məscidin minbəri taxtadandır və üçpilləlidir. İbadətgahın damı kirəmitlə örtülüb və üzərində dördguşəli günbəz yerləşir.

Məscid sovet dövründə anbar və kitabxana kimi istifadə olunub. 1990-cı ildə məsciddə təmir-bərpa işləri aparıldıqdan sonra onun fəaliyyəti bərpa edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi Astara rayonu Giləkəran kənd məscidi