Məddah Seyyid Peyman Boradigahinin çəkdirdiyi yeni klip tənqidlərə səbəb olub. Bu barədə dekabrın 8-i Qafqazinfo xəbər verib.

“12 İmam” adlı klip məktəb sinifində şagirdlərin iştirakı ilə çəkilib və dekabrın 5-i Seyyid Peymanın facebook səhifəsində dərc edilib. Klipdə ibtidai sinif şagirdləri üzərində İmamların adları yazılmış kağızları əllərində tutub onların adlarını sadalayırlar.

Məsələ sosial şəbəkələrdə müzakirəyə sabəb olub. Bəziləri hesab edir ki, uşaqlar məktəbdə elm öyrənməlidirlər. Lakin bunun yerinə onlara dini məlumatlar verilir. Həmçinin azyaşlıların dini təbliğat üçün istifadə edilməsi qınanılıb. Valideyinlərin sözlərinə görə, Azərbaycan tolerant ölkə olduğu halda təhsil müəssəsində dini klip çəkilir. Məsələ ilə bağlı valideyinlərin Təhsil Nazirliyinə şikayət etdikləri də bildirilib.

Baş verənlərdən sonra məddahın facebook səhifəsindəki paylaşım silinib. Klipdə, həmçinin Seyyid Peymanın oğlu Hüseyn çəkilib.