Məscid Sabirabad rayonunun Suqovuşan kəndinin ərazisində yerləşir. İbadət evi 1960-cı ildə yerli sakin Abbas Həsənovun təşəbbüsü ilə kənd əhalisinin vəsaiti hesabına inşa edilib.
İbadətgah düzbucaqlı formaya malikdir. İbadət evinin tavanı taxtadandır. Məscidin ön tərəfində eyvan yerləşir. İbadət evinin qapı və pəncərələri düzbucaqlı formadadır. Məscidin minbəri taxtadan hazırlanıb və altıpilləlidir. İbadətgah tək minarəyə malikdir.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.