Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) İslam həftəsi ləğv edilir. Artıq istirahət cümə günü deyil, bazar günü olacaq. Bu barədə dekabrın 8-i islamnews xəbər verib.

Ölkədə cümə günü yalnız məmurlar üçün qısaldılmış iş günü hesab ediləcək. Yeni qərara əsasən, onlar saat 7:30-dan 12:00-dək çalışacaqlar. İstəyə uyğun olaraq isə məmurlar distant şəkildə də işləyə bilərlər.

BƏƏ İslam ölkələri arasında cüməni iş günü elan edən ilk ölkədir.