Ayətullah Bəşir Nəcəfi din tələbələrini qəbul edib. Alim onlara təhsil mərhələlərində irəliləyişləri üçün tövsiyələr verib və İslam tələbəsinin hədəflərindən danışıb. Bu barədə dekabrın 8-i hawzahnews xəbər verib.

Mərcei-təqlidin sözlərinə görə, din tələbələri təkcə İslam elmlərinə diqqət yetirməməlidirlər. Onlar hər bir istiqamətdə təhsil almalı və dünyavi elmlərə yiyələnməlidirlər. Alim hesab edir ki, İslam tələbələri elmi sahədə olduğu kimi, ictimai sahədə də fəal olmalıdırlar.