Makmaster Universitetinin müəllimi Doktor Liyaqat Takim “Amerikada şiəlik” kitabının müəllifidir. O, öz kitabında Titanikdəki üç şiənin taleyindən bəhs edib. Bunlar Fatimə Müslamani və onun əmisi uşaqlarıdır. Onlar faciə zamanı gəmidə olublar. Bir çoxlarının həlak olduğu hadisədən Fatimə sağ çıxıb və bugün onun övladları ABŞ-ın şiə fəallarındandır.

Titanik 1909-1912-ci illərdə inşa edilib. O vaxtlar Titanik dünyanın ən böyük gəmisi sayılırdı. Gəmi çox dayanıqlı və möhkəm idi. Gəminin kapitanı onun barədə belə deyib: “Hətta Allah da onu batıra bilməz”. Lakin gəmi 1912-ci ildə, gecə saatlarında Şimali Atlantikada aysberqlə toqquşaraq qəzaya uğrayıb. Gəmidə olan 2200 sərnişindən 1500-dən çoxu həyatını itirib.