Ocaq Lerik rayonunun Rvarud kəndi ərazisində yerləşir. Pirin sahibi Seyyid Vəliağa Mirqəni oğludur.
Seyyid Vəliağa Rvarud və ətraf kəndlərdə kəramətli seyyid kimi tanınmış, hörmət qazanmışdır. O, vəfat edəndən sonra qəbri ziyarətgah çevrilmişdir.
Ağanın oğlu Seyyid Əbülağa atasının qəbrinin üstündə abidə inşa etmişdir.
2013-cü ildə bu abidə bərpa edilmişdir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.