Türbə Lerik şəhərinin cənub tərəfində, Cəngəmiran kəndində, yolun sol hissəsində yerləşir. Ziyarətgahın tarixi XII-XIV əsrlərə aiddir. Deyilənə görə, burada sərkərdə Xəlifə Cobir Ənsar dəfn edilib.

Ocaqda qədim dövrlərə aid daş qoç heykəlləri var, lakin onların bir qismi məhv edilib. Burada, həmçinin sınıq məzar daşı var və onun üzərində ərəb əlifbası ilə “İbrahim” yazılıb. Ərəb mənbələrində onun adı “Cabir Nasar” kimi qeyd olunur. Buna əsəslanaraq, sərkərdə Cabir Nasar 27 iyun 642-ci ildə ərəblərə qarşı qaldırdığı üsyanında yaxından iştirak etmişdir.

Türbənin üstü 1994-cü (1996) ildə həkim Hacı Elman Abdullayev tərəfindən təmir edilmişdir. Bu vaxta qədər burada sadəcə qəbir mövcud idi. Qəbrin üstündəki türbədən başqa ibadət üçün bir yardımçı otaq da inşa edilmişdir.

Mənbələr:

  1. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

Lerik rayonu Seyyid İbrahim ibn Cabir Ənsar türbəsi Lerik rayonu Seyyid İbrahim ibn Cabir Ənsar türbəsi Lerik rayonu Seyyid İbrahim ibn Cabir Ənsar türbəsi