Ocaq Lerik rayonunun Piəkucə kəndi ərazisində yerləşir. Pir naməlum şəxsin adı ilə bağlıdır.

Həmin şəxs Zimir Cahangir ağanın qardaşı və Mir Şükürulla ağanın oğludur. O, vaxti ilə Həzovi kəndindən Piəkujəyə köçüb. Ağanın nəslindən olan Mir Tofiq ağanın dediklərinə görə, onun uzun müddət uşağı olmadığından Yardımlının Sırıq kəndindən vəfat etmiş seyyidin dul həyat yoldaşını alır və uşağını öz uşağı kimi qəbul edir.

Ağanın nəslindən olanlar hal-hazırda Lənkəranın Mamusta kəndində yaşayırlar.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. https://azpost.info