İmam Hüseynin (ə.s) hərəmində Həzrəti Zeynəbin (s.ə) mövludu gününə hazırlıq işlərinə başlanılıb. Bu barədə dekabrın 6-sı shafaqna xəbər verib.
Xanım Zeynəbin (s.ə) mövludu bu cümə, camadiul-əvvəlin 5-nə (10 dekabr) təsadüf edəcək. Bu səbəbdən Xanımın qardaşı İmam Hüseynin (ə.s) hərəmi bəzədilib. Ziyarətgahın hər bir yerində üzərində Həzrəti Zeynəbin adı yazılmış bayraq və parçalar asılıb. Cümə günü isə həm Kərbəlada, həm də Xanımın hərəmində (Dəməşqdə) tədbirlər təşkil olunacaq.