Məscid Masallı rayonunun Şıxlar kəndində yerləşir. İbadətgah XIX əsrə aiddir.
Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən hörülüb. İbadətgahın tavanı taxtadan, damı isə kirəmitdəndir. Məscidin dörd pəncərəsi və bir cüt qapısı var. İbadət evinin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. Orada azan vermək üçün kvadrat günbəz yerləşir.
Masallı rayonu Şıxlar kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
Mənbə:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.