Məscid Yardımlı rayonunun Şıxlar kəndində yerləşir.
İbadət evi düzbucaqlı formadadır və kərpicdən inşa olunub. İbadətgahın səkkiz taxta pəncərəsi və dörd giriş qapısı var. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. Şöbələr taxta arakəsmə ilə ayrılıblar. Məscidin damı yaşıl şifer ilə örtülüb və orada günbəz yerləşir. İbadət evinin tavanı dörd taxta sütun üzərində yerləşir. Məscidin ön tərəfində dörd kərpicdən sütun dəyanır.