Türkiyənin Əhli Beyt Alimləri Birliyinin rəhbəri İmam Rza (ə.s) hərəmini ziyarət edib. Bu barədə dekabrın 5-i İmam Rza (ə.s) hərəminə istinadən İQNA xəbər verib.
Ziyarət çərçivəsində o, hərəmin media departamentinin qonağı olub. Departamentin rəhbəri yeni layihə üstündə işlədiyini və medianın fəaliyyətini əvvəlki illərlə müqayisədə genişləndirməyi planlaşdırdığını qeyd edib. O, həmçinin bildirib ki, gələn ildən yayımların azərbaycan və türk dillərinə tərcüməsi planlaşdırılır.