2022-ci ildə yanvar ayının 1-dən Səudiyyə Ərəbistanı Sputnik V ilə peyvənd olunmuş xarici vətandaşları Həcc və Ümrə ziyarətinə qəbul edəcək. Bu barədə dekabrın 5-i Khaleej Times xəbər verib.
Sputnik V ilə aşılanmış turistlərin PCR testlərinin nəticəsi negativ olmalıdır. Onların karantində 48 saat keçirməsi, həmçinin vacib olaraq qalır.
Koronavirusa görə 2021-ci ildə Səudiyyə hakimiyyəti Həccə yalnız 60 min yerli zəvvarın ziyarətinə icazə verib. 9 avqust tarixindən etibarən isə peyvənd olunmuş əcnəbi vətəndaşlara Kəbənin ziyarətinə icazə verilib. Bundan əvvəl Səudiyyə yalnız Pfizer, AstraZeneca, Johnson & Johnson, Moderna, Sinopharma, Sinovac peyvəndli xarici zəvvarları ölkəyə qəbul edirdi.