Məscid Salyan rayonunun Kürsəngi kəndi ərazisində yerləşir. İbadət evi 1991-ci ildə kənd ağsaqqalı Hacı Səftar Rəhim oğlunun şəxsi vəsaiti hesabına inşa edilib. İbadətgah, həmçinin “Hacı Səftar” məscidi kimi tanınır.
Məscid düzbucaqlı formadadır və mişar daşından tikilib. İbadətgahın iki giriş qapısı və dörd pəncərəsi var. İbadət evinın tavanı fanerdən, döşəməsi isə daş plitədəndir. Məscidin iki yardımçı otağı var. Yardımçı otaqların damının üstündə aypara rəmzi quraşdırılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.